SERTİFİKATIN DAYANDIRILMASI/BƏRPASI/LƏĞV EDİLMƏSİ

Bank Sertifikat Xidmətləri Mərkəzindən Sertifikatın dayandırılması/bərpası/ləğv edilməsi əməliyyatları aşağıdakı qaydalara riayət edilməklə həyata keçirdilir:

1. "İmza sahibi" "sertifikat"ın qüvvəsinin dayandırılması , bərpa edilməsi və ya "sertifikat"ın ləğv edilməsi üçün Ərizə ilə "Mərkəz"ə müraciət etməlidir. "Mərkəz" müraciətə uyğun olaraq təxirəsalınmadan müvafiq tədbir görür və bu barədə "İmza sahibi"ni məlumatlandırır.

2. İmza yaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən aşağıdakı hallarda "İmza sahibi" 3 (üç) saat ərzində "Mərkəz"ə məlumat verməlidir:
- "daşıyıcı" itdikdə;
- "daşıyıcı" itdikdə və sonradan tapıldıqda;
- informasiya sistemində konfidensial informasiyanın sızmasına və ya təhrif olunmasına ciddi şübhələr olduqda;
- "daşıyıcı"ların saxlandığı vasitələrə müdaxilə əlamətləri və ya şübhələr olduqda;
- imza yaratma məlumatlarının və onların aktivləşdirilməsi kodu digər şəxslərə bəlli olduqda;
- imza yaratma məlumatlarının yaradılmasında iştirak etmiş əməkdaşlar (hüquqi şəxslər üçün) işdən çıxdıqda.

3. "Mərkəz"in imza yaratma məlumatlarının konfidensiallığı pozulduqda, "Mərkəz" müvafiq təkmil sertifikatın ləğv edilməsi, həmçinin imza yaratma məlumatlarının dəyişdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu halda "İmza sahibi"ni məlumatlandırır və onun imza yaratma məlumatları ilə imzalanmış "sertifikatın" dəyişdirilməsini ödənişsiz təmin edir.