SERTİFİKATI NECƏ ƏLDƏ ETMƏLİ

Bank Sertifikat Xidmətləri Mərkəzindən sertifikat əldə edərkən aşağıdakı qaydalara riayət etmək lazımdır. Qeyd olunan kateqoriyalara görə tələb olunan sənədlərlə Qeydiyyat Mərkəzinə yaxınlaşmaq və yaxud qeyd olunan https://www.e-cbar.az internet resursundan onlayn sorğu yaratmaqla

BSXM Təlimat
 

 Fiziki şəxs

- Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin sertifikat xidmətlərinin göstərilməsinə dair Müqavilə;
- imza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Sertifikat Xidmətinin istifadə edilməsi haqqında ərizə (Sistemdən real rejimdə generasiya olunur);
- ödəniş qəbzi.

Hüquqi şəxs

- Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin sertifikat xidmətlərinin göstərilməsinə dair Müqavilə;
- Sertifikat Xidmətinin istifadə edilməsi haqqında ərizə (Sistemdən real rejimdə generasiya olunur);
- İmza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə (hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş);
- Bank Sertifikat Xidmətləri Mərkəzindən sertifikatın alınmasına müraciət olunan işçilərin hüquqi şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
- Bank Sertifikat Xidmətləri Mərkəzindən sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış;
- Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.

Dövlət qurumları

- Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin sertifikat xidmətlərinin göstərilməsinə dair Müqavilə;
- Sertifikat Xidmətinin istifadə edilməsi haqqında ərizə (Sistemdən real rejimdə generasiya olunur);
- İmza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Rəhbər şəxs tərəfindən, onun adından fəaliyyət göstərəcək səlahiyyətli nümayəndəyə verilən etibarnamə;
- Bank Sertifikat Xidmətləri Mərkəzindən sertifikatın alınmasına müraciət olunan işçilərin hüquqi şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
- Bank Sertifikat Xidmətləri Mərkəzindən sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış;
- Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.

Bank Sertifikat Xidmətləri Mərkəzi imza sahibi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır.

Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Bank Sertifikat Xidmətləri Mərkəzi arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə Bank Sertifikat Xidmətləri Mərkəzi sertifikatın verilməsindən imtina edir.

Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir.

Bank Sertifikat Xidmətləri Mərkəzi sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, Bank Sertifikat Xidmətləri Mərkəzinin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır.

Hazırlanmış sertifikat Bank Sertifikat Xidmətləri Mərkəzinin gücləndirilmiş imzası ilə təsdiq edilir və elektron formada imza sahibinə təqdim edilir.

Verilmiş sertifikat Bank Sertifikat Xidmətləri Mərkəzi tərəfindən "Verilmiş sertifikatlar reyestri"nə daxil edilir və bu andan yayımlanmış hesab edilir.