MƏRKƏZ HAQQINDA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 09 mart 2004-cü il tarixində təsdiq edilmiş "Elektron imza və elektron sənəd haqqında Qanun"un 7-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2006-cı tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron imzanın yoxlanılması Qaydası", "Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası", "Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi Qaydaları", "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları" və "Elektron sənədlərin mübadiləsi Qaydası"na müvafiq olaraq Mərkəzi Bankda korporativ informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi, informasiya sistemlərinin içtirakçılarının şəxsiyyətinin eyniləşdirilməsi, məlumatların tamlığının təmin edilməsi, o cümlədən elektron sənədin və imzanın həqiqiliyinin qorunması məqsədilə 2009-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında "Elektron imza üzrə Sertifikatlaşdırma Sistemi" yaradılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 28 oktyabr 2014-cu il tarixli, 24 saylı protokolu ilə "Bank Sertifikat Xidmətləri Mərkəzinin Sertifikat Siyasəti" təsdiq edilmiş və Sertifikat Siyasətinə uyğun olaraq istifadəçilərə sertifikatların verilməsinə və onlara xidmətlərin göstərilməsinə başlamışdır.

" Bank Sertifikat Xidmətləri Mərkəzinin "nin elektron imza vasitələri iştirakçıları olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət qürumları,Publik Hüquqi şəxslər, kommersiya bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Kredit Bürosu və onların müştəriləri tərəfindən istifadə edilməkdədir.

"Bank Sertifikat Xidmətləri Mərkəzi"nin elektron imza vasitələri Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan "Elektron Sənəd Dövriyyəsi Sistemi"nə, "nə, "Elektron Statistika və Analitik Hesabatlıq Sistemi"nə, "Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sistemi (AZİPS)"nə, "Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq sistemi (XÖHKS)"nə, o cümlədən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində fəaliyyət göstərən "goAML"və Azərbaycan Kredit Bürosunun Mərkəzləşdirilmiş Kredit Reyestri sisteminə inteqrasiya edilmişdir.

Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunmuşdur.
Akkredasiyadan keçməyin əsas məqsədi vahid elektron imza infrastrukturunun tətbiq olunması və bu sferada risklərin minimallaşdırılması və mübahisəli məsələlərin qanuni yolla həllinin tapılmasıdır.