XİDMƏTLƏR

• Dövlət və kredit təşkilatlarına, habelə kredit təşkilatlarının müştəriləri olan fiziki və hüquqi şəxslərə elektron imza xidmətlərinin göstərilməsi üçün təkmil sertifikatı təqdim edilməsi;

• BSXM sisteminin iştirakçılarının reyestrinin aparılması;

• BSXM sisteminin iştirakçılarının imza sertifikatının texniki dəstəklənməsinin həyata keçirilməsi;

• BSXM bazasında elektron imza sahibləri və elektron imza sertifikatının statusu haqqında informasiyanın mövcudluğunun və aktuallığının dəstəklənməsi;

• İmza sahiblərinin sorğuları əsasında elektron imza sertifikatının qüvvəsinin dayandırılması və bərpası;

• Elektron imza sertifikatları reyestrindəki qüvvəsi dayandırılmış və ya ləğv edilmiş elektron imza sertifikatları haqqında informasiyanın Mərkəzin internet saytında dərc edilməsi ( http://bsxm.cbar.az/crl/armbbsxm.crl );

• Elektron imza sahibinin və ya səlahiyyətli şəxsin elektron imza sertifikatının gələcək istifadə imkanlarına təsir edə biləcək faktlar barədə telefon, faks, elektron poçt və digər kommunikasiya vasitələri ilə xəbərdar edilməsi;

• BSXM tərəfindən təqdim edilən texniki, proqram vasitələri və xidmətlər, həmçinin elektron imzanın və sertifikatın istifadəsi, elektron sənəddə imzanın həqiqiliyinin təsdiqlənməsi, elektron imza yaratma və yoxlama məlumatları vasitələrinin sazlanması, testdən keçirilməsi və istismarı ilə bağlı elektron imza sertifikatı sahiblərinə tövsiyyələrin verilməsi;

• İstifadə olunan texniki və proqram vasitələrinin qurulması və sazlanması üzrə təlimatların təqdim edilməsi;