E-İMZALAYICI

Elektron sənədlərin imzalanması və şifrlənməsi müasir informasiya mübadiləsi mühitində zəruri məsələlərdən biridir. eSigner - elektron sənədlərin imzalanması, həmçinin şifrlənməsi üçün nəzərdə tutulmuş proqram təminatıdır. Proqramdan istifadə edərək istənilən tip faylları həcmindən asılı olmadan şifrləmək və imzalamaq mümkündür. Sənədlərin imzalanması və şifrlənməsi üçün X509 tipli sertifikatlardan istifadə olunur. Sertifikatlar istifadəçinin kompüterində, SmartCard, yaxud USB tipli elektron imza daşıyıcısında saxlanıla bilər.

Elektron imza və şifrələmə proqramı

Proqramın minimal tələbləri:

- Tələb olunan minimal daimi yaddaş: 10 MB;
- Minimal operativ yaddaş: 256 MB;
- İstifadə oluna biləcək əməliyyat sistemləri: Windows XP/Vista/7/10/2003/2008/2012;
- .NET FrameWork 3.5 komponentinin qurulması;
- X509 tipli elektron istifadəçi sertifikatlarının əldə olunması. İstifadəçi sertifikatları əməliyyat sisteminin sertifikat direktoriyalarında və ya SmartCard, yaxud USB tipli eTokenlərdə saxlanıla bilər;
- İstifadəçi sertifikatları SmarCard və ya USB tipli eTokenlərdə saxlanıldığı təqdirdə bu avadanlıqlarının drayverlərinin kompüterdə qurulması.