LƏĞVETMƏ SORĞUSUNUN YARADILMASI
Bank Sertifikat Xidmətləri Mərkəzində Sertifikatın dayandırılması / bərpası / ləğv edilməsi əməliyyatları aşağıdakı qaydalara riayət edilməklə həyata keçirdilir:
1. "İmza sahibi" "sertifikat"ın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya "sertifikat"ın ləğv edilməsi üçün Ərizə ilə "Mərkəz"ə müraciət etməlidir. "Mərkəz" müraciətə uyğun olaraq təxirəsalınmadan müvafiq tədbir görür və bu barədə "İmza sahibi"ni məlumatlandırır.
2. İmzayaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən aşağıdakı hallarda "İmza sahibi" 3 (üç) saat ərzində "Mərkəz"ə məlumat verməlidir:
- daşıyıcı itdikdə;
- daşıyıcı itdikdə və sonradan tapıldıqda;
- informasiya sistemində konfidensial informasiyanın sızmasına və ya təhrif olunmasına ciddi şübhələr olduqda;
- daşıyıcıların saxlandığı vasitələrə müdaxilə əlamətləri və ya şübhələr olduqda;
- imza yaratma məlumatlarının və onların aktivləşdirilməsi kodu digər şəxslərə bəlli olduqda;
- imza yaratma məlumatlarının yaradılmasında iştirak etmiş əməkdaşlar (hüquqi şəxslər üçün) işdən çıxdıqda.
3. "Mərkəz"in imza yaratma məlumatlarının konfidensiallığı pozulduqda, "Mərkəz" müvafiq təkmil sertifikatın ləğv edilməsi, həmçinin imzayaratma məlumatlarının dəyişdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu halda "İmza sahibi"ni məlumatlandırır və onun imzayaratma məlumatları ilə imzalanmış "sertifikatın" dəyişdirilməsini ödənişsiz təmin edir.