SERTİFİKAT SORĞUSUNUN YARADILMASI
Fərdi məlumatların emalına razılıq
Azərbaycan Respublikasının Prezidentinin 11 may 2010 –cu il tarixli № 998-III Q saylı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanunun 4-cü bəndinin 4.1. və 4.2. altbəndlərinin tələblərinə uyğun olaraq Mən, öz fərdi məlumatlarımın Azərbaycan Respublikasının Mərkəzi Bankı “Bank Sertifikat Xidmətləri Mərkəzi tərəfindən” emalına məhdudiyyətsiz və qeyri-şərtsiz razılıq verir və bildirirəm ki, azad, öz iradəm və öz maraqlarımla uyğun hərəkət edirəm.
Fərdi məlumatların emalı ilə bağlı razılıq, Bank Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi xidmətlərdən yararlanmaqdır.
Razılıq verilən Fərdi məlumatların siyahısı:
Mən öz fərdi məlumatlarımla aşağıdakı əməliyyatların aparılmasına razılıq verirəm:
Fərdi məlumatların emalı eyni zamanda avtomatlaşdırılmış informasiya sistemləri ilə və bu sistemlərsiz istifadə oluna bilər. Bank Sertifikat Xidmətləri Mərkəzi fərdi məlumatların emalı zamanı istənilən emal vasitələrindən istifadə edə bilər.
Hazırki, razılıqla Mən təsdiq edirəm ki, Bank Sertifikat Xidmətləri Mərkəzi tələbata uyğun olaraq bütün aldığı fərdi məlumatları keçirilən texniki tədbirlər çərçivəsində , statistik hesabatlıqların (adsızlaşdırıldıqdan sonra) hazırlanmasında, marketinq və digər elmi araşdırmalar məqsədilə istifadə edə bilər.
Hazırki razılaşma, Mən tərəfdən, yazılı şəkildə Bank Sertifikat Xidmətləri Mərkəzinin səlahiyyətli şəxsinə birbaşa və ya həmin xidmətin elektron poçt ünvanına bu razılaşmanın dayandırılması barədə məktubun göndərildiyi ana qədər qüvvədə olur.
Bank Sertifikat Xidmətləri Mərkəzi Mən tərəfdən fərdi məlumatların istifadəsinin dayandırılması barədə yazılı müraciət aldıqdan sonra, bu məlumatların elektron variantda verilənlər bazasında emalını dayandırmalıdır.
Mən anlayıram ki, “Fərdi məlumatların emalına razılıq” ifadəsinin qarşısındakı xanaya “V” işarəsi qoymaqla Bank Sertifikat Xidmətləri Mərkəzinin qoyduğu fərdi məlumatların emalı şərtləri ilə razılaşdığımı bildirirəm.